Uyğunluq bəyannaməsi malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəddir.
Təsərrüfat subyekti orta və aşağı riskli malların istehsalı mərhələsində malların idxalından, bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələri əsasında uyğunluq bəyannaməsini tərtib edir.

Uyğunluq bəyannaməsinin hansı formaları tərtib edilir?

- malların uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə
- mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə

Uyğunluq bəyannaməsində hansı məlumatlar qeyd olunur?

- bəyannamənin adı
- bəyannamənin verilmə tarixi
- bəyannamənin qeydiyyat nömrəsi
- bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i
- texniki reqlamentin adı, nömrəsi və tarixi
- istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi
- orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi
- bəyannaməni tərtib edən təsərrüfat subyektinin rəhbərinin, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə məsul şəxsin imzası, soyadı, adı və atasının adı
- möhür yeri (olduqda)

Bundan əlavə isə:

- əlavə malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda malın adı, növü, modeli, markası, partiya və ya seriya nömrəsi
- istehsalçının adı və ünvanı
- istehsal tarixi
- texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri
- miqdarı, istifadə sahəsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
- məhsul növləri üzrə təsnifat kodu
- malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda)
- mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda isə mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi və istehsal müəssisəsinin ünvanı göstərilir.
Onlayn chat
X