Uyğunluq Sertifikatı məhsulun uyğunluq üçün bütün zəruri tələblərə və standartlara cavab verdiyini təsdiq edən sənəddir. Uyğunluq sertifikatı mühüm sənəddir, çünki o, alıcılara aldıqları məhsulun bütün qaydalara uyğun olduğuna əminlik verir. Sertifikat, həmçinin satıcılara məhsullarını uyğun olmayan məhsullardan fərqləndirməyə kömək edir.
Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir. Əgər uyğunluq sertifikatı digər dillərə tərcümə edilərsə, tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

Uyğunluq sertifikatının hansı formaları tərtib edilir?

- malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı
- mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı

Uyğunluq sertifikatında hansı məlumatlar göstərilir?

- sertifikatın adı
- sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi
- blankın qeydiyyat nömrəsi
- sertifikatın verilmə tarixi
- sertifikatın qeydiyyat nömrəsi
- sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı
- standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi
- sertifikatın verilmə əsası
- əlavə məlumat (olduqda)
- akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı
- möhür yeri (olduqda)

Bunlardan əlavə isə:

- malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
- “Məhsul növləri təsnifatı” üzrə kodu
- məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı
- mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı
- mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi qeyd olunur.
Onlayn chat
X