Hansı əmtəə nişanlarının qeydə alınmasından imtina oluna bilər?
a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
Bunlara aiddir:
1. Qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar
2. Xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları
3. Əmtəələrin sadə təsvirləri
b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar
Bunlara aiddir:
1. Əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər
2. Materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar
3. Müəssisənin istehsal yönümü
4. İstehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı
c) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları
Bunlara aiddir:
1. Şərabların və spirtli içkilərin adlarında coğrafi göstəriciləri özündə eyniləşdirən lakin onlarla heç bir əlaqəsi olmayan nişanlar
ç) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar.
Bunlara aiddir:
1. Əmtəənin mahiyyətini əks etdirən formalar
2. Texniki nəticəyə nail olmaq üçün zəruri formalar
3. Əmtəənin əsas dəyərlərini təmin edən formalar
d) ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar
Bunlara aiddir:
1. Ədəbsiz sözlər və təsvirlər
2. Dövlət hakimiyyət orqanlarının və ya qadağan olunmuş siyasi partiyaların emblemləri
3. Humanizm prinsiplərinə qarşı olan, insan ləyaqətini, dini heysiyyatları təhqir edən çağırışlar
e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları
Bunlara aiddir:
1. Müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında uzun müddət istifadə olunması
2. Müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul olunmuş rəmzlər və terminlər
ə) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları
Bunlara aiddir:
1. Əmtəələrin həqiqətə uyğun olmayan keyfiyyəti və ya başqa xüsusiyyətləri ilə və onların coğrafi mənşəyi ilə istehlakçını yanılda bilən nişanlar
f) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları
Bunlara aiddir:
1. Dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları
2. Beynəlxalq təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri.
g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları
Bunlara aiddir:
1. Dövlət təltiflərinin (orden və medalların) təsvirləri
2. Rəsmi nəşrlərin digər fərqlənmə nişanları