Coğrafi göstərici nədir?

Coğrafi göstərici əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, coğrafi obyektlə bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.
Coğrafi göstərici, ondan istifadə olunmaqla müəyyən əmtəə növünü istehsal edən və ya xidmət göstərən bir və ya bir neçə müəssisənin yerləşdiyi coğrafi rayonu eyniləşdirir.
Coğrafi göstəricinin aid olduğu coğrafi rayonda yerləşən hər bir müəssisə istehsal olunan əmtəə və ya göstərilən hər bir xidmət üçün müəyyən edilmiş keyfiyyət və xüsusiyyətlərə əməl etməklə, mənşəcə həmin coğrafi obyektdən olan əmtəələr, yaxud da həmin coğrafi obyektdə göstərilən xidmətlər üçün həmin göstəricidən istifadə etmək hüququna malikdir.
Coğrafi göstərici kollektiv nişan kimi qeydiyyatdan keçirilə bilər.
Kollektiv nişan sahibinin nəzarəti altında eyni zamanda kollektiv nişandan istifadə edən müxtəlif müəssisələrin əmtəələrinin və ya göstərdiyi xidmətlərinin coğrafi mənşəyinin, materialların, istehsal üsulunun, keyfiyyətinin və ya digər ümumi xüsusiyyətlərinin fərqləndirilməsi üçün nişan kimi müəyyən edilə bilər.
Bu zaman birliyin bütün üzvləri göstərilən coğrafi obyektdə müəssisələrə malik olmalı və yerli icra hakimiyyəti orqanının xüsusi komissiyası tərəfindən onun üçün müəyyən olunmuş tələblərə uyğun əmtəə istehsal etməli və ya xidmət göstərməlidir.

Coğrafi göstərici kimi bu nişanlar qeydiyyata alınır:
- Ölkənin adı
- Şəhərin adı
- Bölgənin adı
- Ərazinin adı
 
Onlayn chat
X