Coğrafi göstərici kimi bu nişanlar (işarələr) qeydiyyata alınmır:

- Coğrafi göstərici ilə eynilik təşkil edən, lakin ona heç bir aidiyyəti olmayan şərab və spirtli içki adlarına malik nişanlar
- Əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən nişanlar
- Coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin coğrafi obyektə aid olmayan işarə
- Mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici

Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrlə bağlı coğrafi göstəricidən əmtəə nişanının tərkibində istifadə edilməsi istehlakçılarda həqiqi mənşə yeri barədə yanlışlıq yarada bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.
Onlayn chat
X