Hansı nişanlar əmtəə nişanı kimi qeydə alına bilər?

- Sözlər və şəxsi adlar

Sözdən ibarət əmtəə nişanına şərti olaraq müəssisənin adı, soyadlar, adlar, digər söz və ya sözlər dəsti, reklam yazıları aiddir. Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər. İddia olunan işarə ölkədə işlədilməyən və ya məlum olmayan qeyri-adi şriftlə verildiyi halda, onun dövlət dilinə transliterasiyası və tərcüməsi (mənaca təsviri) və ya etimoloji izahı tələb olunur.

- Hərflər və rəqəmlər

Hərflər və rəqəmlər (şərti olaraq sözlərdən ibarət əmtəə nişanına aid) fərdi şəkildə bədii transformasiyada təsvir olunan şrift vahidi və rəqəmlərə, həmçinin göstərilən elementlərin müxtəlif kombinasiyalarına aid edilir (standart şrift vahidi və rəqəmlər əmtəə nişanı kimi qorunmur).

- Təsviri elementlər

Təsviri elementlər kimi canlı vücud, cansız əşyalar, təbiət obyektləri və başqa obyektlər, şəkillər və rəmzlər, həmçinin istənilən formalı fiqurlar, xətlərin və ləkələrin kombinasiyası, müstəvi fiqurlar işarə edilə bilər.

- Əmtəələrin forması və ya onların qablaşdırılması

Əmtəələrin forması və ya onların qablaşdırma formaları (həcmi işarələr) təsviri elementlərə aid edilir və özündə üçölçülü obyektləri, fiqurları, fiqurların kombinasiyasını (xətləri) əks etdirir. Onlar, xüsusən, əmtəənin forması və ya əmtəələr üçün konteynerlərin istənilən formalı tərtibi, onların qablaşdırılması (bükülməsi), reklamların predmeti, həmçinin binanın interyer dizaynı, orijinal və qeyri-adi formada ola bilər.

- Rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması

Rənglərin kombinasiyası rəngli yazılı işarələri, təsviri işarələri, əmtəələrin formasını, qablaşdırılmasını, onların rəngli tərtibatda istənilən kombinasiyasını, həmçinin rənglərin uzlaşmasını (kombinasiyasını) özündə əks etdirir. Kombinasiyalı nişanlar sözlərin, təsviri elementlərin üçölçülü forması və rəngli işarələrin kombinasiyasını özündə əks etdirir. Əmtəə nişanı istənilən rəngdə və ya rənglərin uzlaşmasında, ağ-qara tərtibat da daxil olmaqla qeydə alına bilər.
Onlayn chat
X